Türk ordusunun uğurları davam edir

Ümumilikdə 19 yaşayış məntəqəsi terrorçulardan azad edilib
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Suriyanın şimalındakı Afrin bölgəsində keçirilən hərbi əməliyyat zamanı indiyədək öldürülən terrorçuların sayını açıqlayıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, türk ordusunun "Zeytun budağı" adlı əməliyyatında 557 PYD terrorçusu məhv edilib.

Hərəkatın 9-cu günündə 20 hədəf yerlə yeksan edilib. Ümumilikdə 19 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

"Hazırda Halena istiqamətində terrorçuların təmizlənməsi üzrə işlər davam etdirilir", — TSQ Baş Qərargahından bildirilib.

Xatırladaq ki, dünən türk ordusu strateji cəhətdən əlverişli bölgədə yerləşən Burseya dağını PYD-dən azad etmişdi.

Türk ordusu