ELM

Təhsilə dair daha bir vacib qanun müzakirəyə çıxarılacaq

Komitə sədri bildirib ki, 2017-ci ilin payız sessiyasında komitədə "Peşə təhsili haqqında" qanun layihəsi hazırlanıb və layihə ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılıb
Sputnik

BAKI, 29 yanvar — Sputnik. "Peşə təhsili haqqında" qanun layihəsi Milli Məclisin 2018-ci il yaz sessiyasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, 2017-ci ilin payız sessiyasında komitədə "Peşə təhsili haqqında" qanun layihəsi hazırlanıb və layihə ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılıb: "Bu, ilk dəfədir ki, Azərbaycanda hazırlanıb və aktual məsələdir. Artıq yaz sessiyasında parlamentin plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq".