CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtdakı qanunsuz tikililərin taleyi huquqi müstəvidə həll olunacaq

"Bayılda sürüşmə zonasındakı evlər 2000-ci ilə qədər olan dövrün tikililəridir"
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Son bir neçə gün ərzində müxtəlif KİV-lərdə Səbail rayonu Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı bir-birinə əks, həqiqətə uyğun olmayan xəbərlər yayımlanır, sürüşmə hadisəsi yamacda aparılan tıkintilər və s. ilə əlaqələndirilir.

Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib: "Müəyyən olunub ki, burada tikilən evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərin tikililərdir. Son 3 il ərzində isə burada yalniz 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır".

1 / 3
Səbail rayonu Bayıl yamacında qanunsuz tikililər
2 / 3
Səbail rayonu Bayıl yamacında qanunsuz tikililər
3 / 3
Səbail rayonu Bayıl yamacında qanunsuz tikililər

"Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecə ərzində, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunmuş, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir. Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarıcı mütəxəssislərin verdiyi ilkin rəyə görə burada baş verən prosseslər xarici deyil, daxili textonik prosseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Prosseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq", — məlumatda qeyd olunur. 

"Teleqüllə" ətrafında sürüşmə davam edir, nazir operativ tapşırıq verdi

O da vurğulanır ki, xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsini iddialarını alt-üst edir: "Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin 1 mərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amımin təsiri sualını aradan qaldırır".

"Təəccüblüsü isə odur ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər nə hansısa bir araşdırma aparıb, mövcud vəziyyətlə maraqlanıblar. Heç bir sualla müraciət etməyərək ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar. Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaq", — Səbail RİH-dən bildirilir.