CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı küçələrində təhlükəli sürücülər dolaşır

Sürücü pozduğu qaydaya görə 4 bal 100 manat məbləğində cərimə oluna bilər
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Yolda qayda pozaraq əks istiqamətə çıxan sürücünün görüntüləri maşın kamerasına düşüb. Sputnik Azərbaycan "Avtosfer"-ə istinadən xəbər verir ki, yanvarın 25-də Binə qəsəbəsinin Əli İsazadə küçəsində 90-KS-184 qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobilin sürücüsü hərəkət etdiyi yolun ayırıcı zolağından əks istiqamətə keçərək qarşıdan gələn avtomobillərin hərəkətinə çətinlik yaradıb. Sürücü pozduğu qaydaya görə 4 bal və 100 manat məbləğində cərimə oluna bilər.