BAKI, 29 yanvar — Sputnik. Milli Məclisin Mədəniyyət komitəsinin 2018-ci il yaz sessiyası üçün işlər planı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, yaz sessiyası dövründə "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələri Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Bundan əlavə, yaz sessiyasında "Yazılı abidələr haqqında", "Kulinariya haqqında", "Ad və soyadlar haqqında", "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihələri parlamentdə müzakirə olunacaq.