BAKI, 28 yanvar — Sputnik. Türkiyə ordusu Suriyada başladığı "Zeytun budağı" əməliyyatında ciddi uğur əldə edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk əsgərləri və Azad Suriya Ordusu birgə əməliyyatla strateji əhəmiyyətli Burseya dağını ələ keçirib.
Bu dağın əməliyyatda çox böyük önəmi var. Qeyd edək ki, dağ ələ keçirilməmişdən cəmi bir neçə saat öncə prezident Rəcəb Tayyib Ərdoğan bölgədəki generallarla danışdığını və Burseya dağının qısa müddət sonra ələ keçiriləcəyini bildirmişdi.