BAKI, 28 yanvar — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, daha 235 nəfər yaralanıb.
Qeyd edək ki, bundan əvvəl Əfqanıstan Xarici İşlər Nazirliyi 95 nəfərin öldüyü və 191 nəfərin yaralandığını xəbər verirdi.
Partlayış yanvarın 27-də Vəzir-Əkbər-Xan diplomatik kvartalında baş verib. Bu kvartalda hökumət binaları və xarici ölkələrin diplomatik nümayəndəlikləri yerləşir. Terror aktının məsuliyyətini "Taliban" hərəkatı öz üzərinə götürüb.