CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda supermarketdə işləyən 17 yaşlı qızdan inanılmaz fırıldaq

Onun bonus kartları vasitəsi ilə ümumi dəyəri 5700 manat olan müxtəlif növ ərzaq məhsullarını oğurlaması faktı üzə çıxıb
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Bakıda supermarketdən bonus kartları vasitəsi ilə xeyli oğurluq edilməsi faktının üstü açılıb. 

Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən "Meqastore" mağazasına məxsus ofisdən polisə oğurluq faktı ilə bağlı müraciət daxil olub. Aparılan ilkin araşdırma zamanı orada kassir işləyən 2001-ci il təvəllüdlü Nəbiyeva Röya İslam qızının tanışı 1993-cü il təvəllüdlü Bayramlı Vasif Yaşar oğlu ilə birgə bonus kartları vasitəsi ilə ümumi dəyəri 5700 manat olan müxtəlif növ ərzaq məhsullarını oğurlaması faktı üzə çıxıb.

Hər iki şəxs obyektin mülkiyyətçisinin şikayətinə əsasən polis tərəfindən saxlanılıb.

Faktla bağlı Xətai RPİ-nin 36-cı PB-də araşdırma aparılır.