BAKI, 27 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələri rəhbərliyi axşam saatlarında acı xəbər yayıb. Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatı zamanı ordu yenə şəhid verib.
TSK rəhbərliyi əməliyyatın 8-ci günündə daha 2 şəhid verildiyini, 11 əsgərin isə yaralandığını açıqlayıb. Bundan əlavə, Azad Suriya ordusunun 2 əsgəri də şəhid olub, 4 əsgəri yaralanıb.
Gün ərzində PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarının daha 53 üzvü məhv edilib. Bununla da, öldürüldüyü dəqiq təsdiq olunan terrorçuların sayı 447-yə çatıb.