BAKI, 27 yanvar — Sputnik. ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə hazırda ABŞ-da məhkəməsi davam edən Azərbaycan əsilli, İran vətəndaşı Rza Zərrabın saxlanıldığı yer ortaya çıxıb.
Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, eyni zamanda həm də Türkiyə vətəndaşı olan Zərrab Nyu-York yaxınlığındakı "Westchester" həbsxanasında saxlanılır. "Westchester" həbsxanası Nyu-York şəhərinə, təxminən, 40 dəqiqə məsafədə yerləşir. Onun hansı səbəbdən bu həbsxanaya köçürüldüyü açıqlanmır.