TƏHLİL

Allahverənov: “Radarların çoxluğu sürücüləri qıcıqlandırmamalıdır”

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, yollarda quraşdırılan cihazlar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edir
Sputnik

Azər Allahverənov: “Yol hərəkəti iştirakçıları qanunlar çərçivəsində hərəkət etməlidirlər”
Ötən il avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb.  Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, radarların bu qədər çox olmasından sürücülərin narazı qalması təəssüfləndiricidir: 

“Bu cihazlar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasında uğurla iştirak edir. Ona görə də bu cihazların istifadəsi mütləqdir. Həmçinin yol hərəkəti iştirakçıları da qanunlar çərçivəsində hərəkət etməlidirlər”.