Diplomatların yaşadığı rayonda partlayış: 65 ölü, 150 yaralı

Əfqanıstanın paytaxtı Kabildə rəsmi binaların və xarici ölkələrin diplomatik nümayəndəliklərinin olduğu bölgədə böyük partlayış baş verib
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə rəsmi binaların və xarici ölkələrin diplomatik nümayəndəliklərinin olduğu rayonda böyük partlayış baş verib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, polis məntəqəsinin yaxınlığında bomba yüklü təcili tibbi yardım maşının partladılması nəticəsində ən azı 65 nəfər ölüb, 150 nəfər isə yaralanıb.

Hücumu "Taliban" öz üzərinə götürüb. "Taliban" ötən həftə Kabildə bir hotelə hücumu da boynuna götürmüşdü. O zaman 20-dən çox adam ölmüşdü.