Afrin əməliyyatının əks-sədası: Hollandiyada Azərbaycan təşkilatına basqın edilib

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub.

Sputnik AzərbaycanAPA-ya istinadən xəbər verir ki, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın hadisənin ötən gecə baş verdiyini bildirib. 

Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar.

Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın

İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.

Diaspor rəhbəri, həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.