HADİSƏ

Amsterdamda atışma olub, ölən və yaralananlar var

Hollandiyanın paytaxtı Amsterdamda cümə günü baş verən silahlı insident nəticəsində bir neçə nəfər yaralanıb
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Hollandiyanın paytaxtı Amsterdamda silahlı insident qeydə alınıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Niderland polisinin “Twitter” səhifəsində məlumat verilir.

İlkin məlumata əsasən, atışma nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.