ABŞ-da qalmaqal: Miqrantları zəncirlədilər

ABŞ prezidenti Donald Trampın qərarının ardından qanunsuz miqrantların ölkədən deportasiya prosesi başlayıb
Sputnik

BAKI, 27 yanvar — Sputnik. ABŞ prezidenti Donald Trampın qalmaqallı qərarından sonra qanunsuz miqrantların ölkədən deportasiya prosesi başlayıb.

Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, deportasiya edilmək üçün Çikaqodakı hava limanına gətirilən qanunsuz miqrantların əlləri və ayaqları zəncirlənib.

Donald Tramp prezident seçildikdən sonra ölkə gündəmində böyük mübahisələrə səbəb olan qanunsuz miqrantların deportasiya edilmə prosesi davam edir. Məxfilik şəraitində aparılan deportasiya əməliyyatı zamanı qeyri-qanuni miqrantlar təyyarəyə mindirilərək ölkə xaricinə göndərilir.

ABŞ-da qeyri-qanuni miqrantların deportasiyası görüntülənib. Əlləri və ayaqları zəncirlənən qanunsuz miqrantların arasında qadınların da olması diqqəti çəkib.

Deportasiya zamanı hava limanına gələn kiçik bir qrup buna etiraz edib.