Azərbaycan Ordusunun 43 əsgəri geri döndü

Sülhməramlılarımızın bir hissəsi Vətənə qayıdıb
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Əfqanıstanda xidmət göstərən sülhməramlılarımızın bir qrupu Azərbaycana dönüb.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 43 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.