BAKI, 25 yanvar — Sputnik. Mütəxəssislər bütün əsas əzələləri möhkəmləndirmək və arıqlamaq məqsədi ilə iplə tullanmağı tövsiyə edirlər.
Yeni araşdırma göstərib ki, bu sadə idman hərəkəti çox effektlidir.
Sputnik Azərbaycansaglamolun.az-a istinadən xəbər verir ki, 6 həftə ərzində hər gün 10 dəqiqə iplə tullanan eksperiment iştirakçıları həm arıqlayıb, həm də onların ürək-damar sisteminin vəziyyəti yaxşılaşıb.
Mütəxəssislərin fikrinə görə, iplə tullanmaq üzgüçülükdən də faydalıdır, daha çox kalori yandırmağa imkan verir və demək olar ki, bütün əzələlələri möhkəmləndirir.