CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin xüsusi iclasının vaxtı məlum olub

İclas iyun ayının 8-də keçiriləcək
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasının vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclas iyun ayının 8-də keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Qeyd edək ki, prezident İlham Əliyev bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncam imzalayıb.