BAKI, 26 yanvar — Sputnik. Yapon dənizində itən Rusiyaya məxsus "Vostok" balıqçı gəmisinin axtarışları müvəqqəti olaraq dayandırılıb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, gəminin helikopterlərlə axtarışlarına müvəqqəti olaraq ara verilib.
"Xilasedici gəmilər isə səhərə qədər axtarışla məşğul olacaq. Təəssüf olsun ki, bu gün də nəticə yoxdur", — deyə məlumatda bildirlir.
"Vostok" balıqçı gəmisinin keçmiş ekipaj üzvünün açıqlamasında görə, gəmi 4 aydır ki, əsaslı olaraq təmir edilməyib, kiçik təmir işləri aparılıb: "Gəmi buzlu suda olub və üstəlik hava şəraiti pis olub, buna görə bu hadisə baş verib".
Xatırladaq ki, ötən gün səhər saatlarında Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizində itib. Gəminin göyərtəsində 20 nəfərin olduğu bildirilir. Onlardan ikisi azərbaycanlıdır.