HADİSƏ

Helikopter televiziya qülləsinə çırpılıb, ölənlər var

Hadisə yerində güclü yanğın baş verib
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Ukraynanın Kremençuq şəhərində “Mi-8” tipli helikopter televiziya qülləsinə çırpılaraq bir neçə hissəyə bölünüb. APA-nın verdiyi xəbərə görə, qəza nəticəsində helikopterdə olan azı 3 nəfər ölüb. Helikopterin özəl şirkətə məxsus olduğu və təlim uçuşu həyata keçirdiyi bildirilir.  

Hadisə yerində güclü yanğın baş verib. Ərazidəki elektrik naqillərin qırıldığı bildirilir. Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər cəlb edilib.

Qəzanın səbəbləri araşdırılır.