İtkin düşən azərbaycanlıların kimliyi məlum oldu

Qeyd edək ki, hazırda Yaponiya dənizində yerləşən Posiet limanından 60 kilometr cənub-şərqdə axtarış-xilasetmə əməliyyatı aparılır
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Yapon dənizində itən "Vastok" balıqçı gəmisinin portunda olan azərbaycanlıların kimliyi müəyyən edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onlar dənizçi 1991-ci il təvəllüdlü Ruslan Əlizadə və 1972 təvəllüdlü dənizçi Mübariz Hüseynovdur.

Məlumata görə, "Vostok" gəmisi 30 il əvvəl Koreyada tikilib. 2011-ci ilə qədər "Gray" adlanan gəmi hazırda Rusiya bayrağı ilə fəaliyyət göstərir. Gəminin uzunluğu 50 metr, hündürlüyü 9 metr və çəkisi 922 tondur.

Yaponiyanın ən böyük adası silkələndi

Qeyd edək ki, hazırda Yaponiya dənizində yerləşən Posiet limanından 60 kilometr cənub-şərqdə axtarış-xilasetmə əməliyyatı aparılır.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş (iki və ya daha çox şəxsin səhlənkarlıq nəticəsində ölümü ilə nəticələnən dəniz nəqliyyatının hərəkəti və istismarı üçün təhlükəsizlik qaydalarının pozulması) cinayət işi başlanılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, həmin şəxlərin Azərbaycan vətəndaşı olub-olmaması araşdırılır. Bu barədə mətbuata ətraflı məlumat veriləcək.