MƏDƏNİYYƏT

"Uşaqlara istedadlarını nümayiş etdirmək üçün imkan yaradırıq"

Hicran Sadıqzadə: "İnanırıq ki, gələcəkdə bu uşaq yaradıcılıq studiyası dünyada öz sözünü deyəcək bir vəziyyətə gələcək"
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının Teatr bölümündə təşkil olunan "Uşaq yaradıcılıq studiyası" və Gənc Yazıçılar Dairəsinin (GYD) yaradılmasından 10 il ötür.

Bununla bağlı Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə çıxış edən Teatr bölümünün müdiri Hicran Sadıqzadə bildirib ki, orada uşaqlara dramaturgiyanının sirləri öyrədilir: "Onların istedadlarını nümayiş etdirmək üçün imkan yaradılır. Biz şagirdlərimizə dünya kinosu haqqında məlumatlar veririk".

"İstəyirik ki, kino sahəsində uşaqlara dərslər verək. İnanırıq ki, gələcəkdə bu uşaq yaradıcılıq studiyası dünyada öz sözünü deyəcək bir vəziyyətə gələcək", — H.Sadıqzadə vurğulayıb.