Qonşusundan Türkiyəyə həqarət

"Avropalı dostlarımız aqressiv qonşu ilə yan-yana olduğumuzu görür, amma bizi təqdir etmirlər"
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Yunanıstan baş naziri Aleksis Tsipras (Alexis Tsipras) İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq forumda Türkiyə əleyhinə sərt ifadələr işlədib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, o, Türkiyəni "aqressiv qonşu" adlandırıb.

"Avropalı dostlarımız aqressiv qonşu ilə yan-yana olduğumuzu görür, amma bizi təqdir etmirlər. 2015-ci ildə iqtidara gəldiyimizdən indiyədək, təkcə iqtisadi böhran və qaçqın problemi ilə deyil, eyni zamanda Egey dənizində təcavüzkar hərbi uçuşlar edən aqressiv qonşu ilə məşğul olmaq məcburiyyətindəyik" — Tsipras bildirib.

Yunan baş nazir 2016-cı ildə Türkiyə və Aİ arasında imzalanan miqrant müqaviləsinin çətin, amma vacib olduğunu da söyləyib.