CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda 67 yaşlı kişi vuruldu

67 yaşlı kişi xəstəxanada keçinib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Ötən gün axşam saatlarında Lənkəranda avtonəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1951-ci il təvəllüdlü Malikəjdər Qasımov yolu keçmək istəyərkən şəhərin Füzuli küçəsində VAZ —21099 markalı avtomobil tərəfindən vurulub.

M.Qasımovu vuran sürücü dərhal onu Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb. Bu gün səhər saatlarında isə M.Qasımov xəstəxanada dünyasını dəyişib və onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.