Dəhşət: Ölən bacı-qardaşın meyiti 10 il evdə qalıb...

Belə meyitlər mənzildə illərlə, on illərlə qala bilər
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Moskva sakininin evindən iki mumiya tapılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Moskva vilayətinin Podolsk şəhəri sakini evindən tapılan iki mumiyanın 12 və 9 il əvvəl dünyasını dəyişmiş bacı və qardaşına aid olduğunu bildirib. Evin sahibəsi psixi xəstəxanaya göndərilib.

Məhkəmə tibb eksperti bildirib ki, mənzildə meyitin mumiyalaşması nadir hadisə deyil. Ölümdən sonra müəyyən şərtlərdə insanın bədəni dağılmır, yavaş-yavaş quruyur. Belə meyitlər mənzildə illərlə, on illərlə qala bilər.

Xatırladaq ki, ötən ilin axırlarında Moskvada mənzillərin birindən təqaüdçü qadının mumiyalanmış meyiti tapılmışdı. Araşdırmalar nəticəsində qadının yarım il əvvəl öldüyü müəyyən edilmişdi. Onun 86 yaşı varmış.