BAKI, 25 yanvar — Sputnik. Yanvarın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyində 3 məsələ — komitənin 2017-ci ilin payız sessiyasında gördüyü işlər, 2018-ci ilin yaz sessiyası üçün işlər planı və yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi olub.
Komitə sədri Hadi Rəcəbli deyib ki, ötən ilin payız sessiyasında komitəniin 6 iclası keçirilib və 14 məsələyə baxılıb. 12 qanun layihəsi parlamentə tövsiyə edilib. Hesabat dövründə komitəyə 473 sənəd daxil olub.
Onun sözlərinə görə, 2018-ci ilin yaz sessiyasında 2 böyük qanun layihəsi üzərində işləyəcəyik. Bunlardan biri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi və “Turizm haqqında” qanun layihəsidir. “Turizm haqqında” qanun layihəsini 2-ci oxunuş üçün ortaya qoya biləcəyik.
İclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi də müzakirə edilib.
Qeyd edək ki, qanun 8 fəsil, 40 maddədən ibarətdir.