Balıqçının toruna qeyri-adi varlıqlar düşdü – FOTOLAR

Onun çəkdiyi əcaib dəniz canlılarının hamısı realdır
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Rusiyanın Murmansk şəhərində yaşayan balıqçı Roman Fedortsov ovladığı müxtəlif dəniz canlılarının şəkillərini sosial mediada paylaşmaqda davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, balıqçının çəkdiyi əcaib dəniz canlılarının hamısı realdır, lakin çox dərinlikdə yaşadıqları üçün onlara olduqca az-az rast gəlinir.

Qeyd edək ki, R.Fedortsovun “Tvitter”, “İnstaqram” və digər sosial şəbəkələrdə yerləşdirdiyi qeyri-adi dəniz canlılarının şəkilləri  böyük maraqla izlənilir.