HADİSƏ

Bakıda sürücü yol polisinə yol vermədi və dərhal cəzalandı

Qayda poza sürücü yol polisi tərəfindən saxlanıldı
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Paytaxtın Afiyəddin Cəlilov küçəsində yerləşən "Megafun" əyləncə mərkəzinin dayanacağından yola çıxan "Mercedes" markalı avtomobil həmin küçədə hərəkətdə olan YPX avtomobilinə yol verməyib. Bu barədə Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir.

Görüntülərdən aydın şəkildə görünür ki, həmin avtomobil yola çıxarkən sağdan gələn avtomaşınlara əhəmiyyət verməyib və bununla da qaydanı pozmuş olub. Sağdan gələn avtomaşınlar içərisində isə yol polisi avtomobili də olub. Qayda pozan həmin sürücünü YPX əməkdaşları dərhal saxlayıb.