BAKI, 24 yanvar — Sputnik. Türkiyənin Kilis şəhəri raket atəşinə tutulub. Sputnik AzərbaycanSözçü-yə istinadən xəbər verir ki, nəticədə xeyli yaralanan var.
Atəş PKK-nın Suriya qolu olan YPG-nin qərarlaşdığı Afrin bölgəsindən atılıb. Raketlərdən biri Kilisdəki məscidə dəyib. Nəticədə 8 nəfər yaralanıb, onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.
Raketlərdən biri tarixi Çalık Camisinə, 25 dəqiqə sonra atılan ikinci raket isə evə dəyib.
Kilis valisi Mehmet Tekinarslan yaralılardan birinin öldüyünü açıqlayıb.