CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının təhlükə artan ərazisindəki sakinlər köçürüləcək – RƏSMİ

Ərazi polis nəzarətinə götürülüb
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər. Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb.

Ərazi polis nəzarətinə götürülüb.