SƏHİYYƏ

Qorxunc virusu diriltdilər, ölüm çiçəyi qayıdır

İnsanlar bu yeniliyə qarşı etirazlarını bildirirlər
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Kanadada Alberta Universitetinin alimləri 300-500 milyon il öncə insan ölümünə səbəb olan çiçək xəstəliyi yaradan virusu yenidən canlandırıblar. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, insana zərəri olmayan bu virusun sadəcə çiçək peyvəndlərində istifadə ediləcəyi açıqlanıb.

İnsanlar bu yeniliyə qarşı etirazlarını bildirirlər. Hazırda vurulan peyvəndin insanlar üçün kifayət etdiyini bildirən narazılar yeni virusun insanlar arasında yeni bir xəstəlik yaymaq üçün istifadə ediləcəyini iddia edirlər.