Bu rayonun sakinlərinə xəbərdarlıq olundu

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Bu gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən (ASC) Sputnik Azərbaycan-a verilən məlumata görə, məhdudiyyət Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.