TƏHLİL

Vəlizadə: “Türkiyənin məqsədi təhlükəsizlik zolağı yaratmaqdır”

Politoloq İlqar Vəlizadə deyir ki, bir neçə il əvvəl təhlükəsizlik zolağının bir hissəsi yaradılmışdı
Sputnik

İlqar Vəlizadə: “Türk ordusu çalışır ki, mülki əhaliyə ziyan dəyməsin”
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatının ilk günündə PKK/PYD terrorçularına məxsus 113 hədəfin 108-i vurulub.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin bu əməliyyatları keçirməkdə məqsədi Suriya ilə sərhəddində təhlükəsizlik zolağı yaratmaqdır: 

“Bir neçə il əvvəl bu zolağın bir hissəsinin yaranmasına nail olunub. İndi isə Türkiyə çalışır ki, əsas əməliyyatlar terrorçulara və onları dəstəkləyən qüvvələrə qarşı aparılsın”.