BAKI, 23 yanvar — Sputnik. Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.
Bu barədə "facebook"da onun yaxınları məlumat verib. Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib.
N.Məlikov "Exo" və “Zerkalo” qəzetlərində müxbir olub. Sonradan "Zerkalo"nun siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Məlikov son vaxtlar “Vesti.Az” saytında müxbir kimi çalışıb.