Rusiyadan İraq və Misirə gözlənilməz dəvət

Üç ölkə - Rusiya, Türkiyə və İran masada zamin ölkələr qismində çıxış edirlər
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Rusiya hökuməti İraq və Misir xarici işlər nazirlərini 29-30 yanvarda Soçi şəhərində keçiriləcək Suriya Milli Dialoq Konqresinə dəvət edib. Sputnik Azərbaycan bu barədə Suriyanın dövlət xəbər agentliyi olan "Sana"ya istinadən xəbər verir. Məsələ ilə bağlı rəsmi Bağdad və Qahirə açıqlama yayıb.

İraq Xarici İşlər Nazirliyinin facebook hesabından edilən şərhdə, "Suriya Milli Dialoq Konqresinə qatılmaq üçün Rusiyadan rəsmi dəvət aldıq" ifadələrinə yer verilib.

Bunun üçün Rusiyanın İraqdakı səfiri Sergey Maksimov xarici işlər naziri Sergey Lavrovun dəvət məktubunu İraq xarici işlər naziri İbrahim əl Cəfəriyə çatdırıb.

Oxşar açıqlama Misir Xarici İşlər Nazirliyindən də verilib.

"Rusiya Suriyadakı siyasi həll mexanizmlərini müzakirə etmək üçün rəsmi dəvət məktubu göndərib" — nazirlikdən bildirilib.

Qeyd edək ki, Soçi danışıqları artıq 1 ilə yaxındır ki, mərhələli olaraq aparılır. Üç ölkə — Rusiya, Türkiyə və İran masada zamin ölkələr qismində çıxış edirlər.