Ölümündən iki ay sonra qəbirdən çıxarıldı və hamını şoka saldı

Onun cəsədi təmizlənməsi və paltarlarının dəyişdirilməsi üçün qəbirdən çıxarılıb
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Ölümündən iki ay sonra qəbirdən çıxarılan buddist rahibin cəsədi görənləri şoka salıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, hadisə Tailandda baş verib.

Luang Phor Pianın qəbirdən çıxarılmış cəsədi

Belə ki, əslən Kambocadan olan rahib Luang Phor Pianın qəbri açılıb. Onun bədəni təmizlənməsi və paltarlarının dəyişdirilməsi üçün qəbirdən çıxarılıb. Bu vaxt onun cəsədinin gülümsünər vəziyyətdə olduğu ortaya çıxıb.

Yaşadığı ərazidə böyük hörmət sahibi olmuş Pian keçən il noyabrın 16-da 92 yaşında vəfat edib.