Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 23 yanvar — Sputnik. Nizami Rayon Polis İdarəsi xoşagəlməz bir olayla qarşılaşıb. Keçmiş məhkum RPİ-dən olan asayiş keşikçilərinin uniformalarını cırıb.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Polisin qarşılaşdığı xoşagəlməz halı əvvəllər AR Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz istehsalı, saxlanması, daşınması və satışı) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş 1972-ci il təvəllüdlü keçmiş məhkum Məmmədov Vaqif Abdulxaliq oğlu törədib. O, paytaxtın Naxçıvanski küçəsində, Nizami RPİ-nin 24-cü polis bölməsinin ərazisində yaşayır.
"Yanvarın 20-də "102" xidmətinə 1984-cü il təvəllüdlü paytaxt sakini Sevda Məmmədovadan zəng daxil olub. Qadın bildirib ki, onun əri sərxoş vəziyyətdə evdə qalmaqal törədib" — deyə asayiş keşikçiləri bildirib.
Hadisə yerinə gedən Çevik Polis Alayının əməkdaşları — polis serjantları, 1989-cu il təvəllüdlü Ruslan Əliyev və 1990-cı il təvəllüdlü Asif Məmmədov Vaqif Məmmədov tərəfindən silahlı müqavimətə rast gəlib.
Kişi polisləri bıçaqla hədələyərək onların üzərinə hücum çəkib. Nəhayət, polislər sərxoş xuliqanı zərərsizləşdiriblər və onu polis bölməsinə aparıblar. Amma buna qədər asayiş keşikçiləri qızışmış davakarı ram edənə və onun qoluna qandal vurana qədər xeyli əziyyət çəkməli olublar. Arada hüquq mühafizəçilərinin uniformaları yırtılıb.
İndi Məmmədov təkcə xuliqanlığa görə deyil, həm də polisə qarşı silahlı müqavimətə görə cavab verməli olacaq.
Faktla bağlı araşdırma aparılır.