Nuriyeva Günayın sözlərinə görə, onu anadangəlmə xəstəlikdən gimnastika ilə məşğul olması xilas edib. Məşqlər tez zamanda bəhrəsini verib: "10-11 yaşım olanda müəlliməmin etibarını tam qazanmışdım və o məni artıq yarışlara da çıxarırdı. Bakıda, Gəncədə keçirilən bədii gimnastika üzrə yarışlarda bir neçə dəfə iştirak edib 1-2-3-cü yerlərə sahib oldum".
Gənc idmançı bu işdən dönməyəcəyini, sona qədər bu idman növü ilə məşğul olacağını əminliklə vurğulayır.