BAKI, 23 yanvar — Sputnik. BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmail uld Şeyx Əhməd istefa verib. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin köməkçisi Stefan Düjarik bildirib.
BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmail uld Şeyx Əhməd. 20 mart 2016-cı il
© AP Photo / Hani Mohammed
"Cənab Əhməd fevral ayında başa çatacaq müqaviləsinin müddətinin uzadılmamasını istəyib" — Düjarrik qeyd edib.
Xatırladaq ki, Afrika ölkəsi Mavritaniyadan olan diplomat 2015-ci ildə BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi təyin edilmişdi. Şeyx Əhməd son iki ildə Yəmən hökuməti ilə üsyançı husilər arasında dəfələrlə görüş təşkil etsə də, danışıqlar nəticəsiz yekunlaşıb.