Dünya İqtisadi Forumu başlayır

Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu başlayır. Sputnik Azərbaycan xəbər verir ki, növbəti — 48-ci dəfə keçirilən ənənəvi forum "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq.

Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Dövlət başçısı "Strateji perspektivlər: Avrasiya" panelindəki müzakirələrdə çıxışı edəcək.

Davos Forumu yanvarın 26-na kimi davam edəcək.