MƏDƏNİYYƏT

Ailə qurmağa hazırlaşan gənclər üçün xüsusi fürsət

Şouda məşhur müğənni və rəqqasların iştirakı ilə milli musiqilər, rəqslər təqdim ediləcək
Sputnik

BAKI, 23 yanvar — Sputnik. "Azərbaycanda ilk dəfə sevgililər gününə həsr olunmuş "Yeddi gözəl Wedding and Fashion Show" keçiriləcək". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə sözügedən layihənin rəhbəri Pərvanə Məmmədova deyib.

O bildirib ki, layihənin keçirilməsində məqsəd "Sevgililər günü" üçün milli kompozisiya üzərində qurulmuş maraqlı və əyləncəli şou gerçəkləşdirməkdir: "Ailə qurmağa hazırlaşan gənclər bu tədbirdə iştirak edərək müxtəlif hədiyyələr qazana bilərlər. Həmçinin, moda şousunda məşhur müğənni və rəqqasların iştirakı ilə milli musiqilər, rəqslər təqdim ediləcək".