Dünyanı qarışdıracaq tarix səsləndi

Pens ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyi dəqiq tarixi açıqlayıb
Sputnik

BAKI, 23 yanvar — Sputnik. ABŞ-ın vitse-prezidenti Mayk Pens dünyanı qarışdıracaq tarixi səsləndirib. Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, Pens ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyi dəqiq tarixi açıqlayıb.

Vitse-prezident bildirib ki, ABŞ-ın Tel-Əvivdəki səfirliyi 2019-cu ilin sonunda Qüdsə köçürüləcək: “Qarşıdan gələn həftələrdə ABŞ-ın Qüdsdəki səfirliyi ilə bağlı planlarını həyata keçirməyə başlayacağıq. Səfirlik gələn ilin sonunda açılacaq. Prezident Tramp dediyi kimi, Qüds İsrailin paytaxtıdır və o, səfirliyin köçürülməsi ilə bağlı göstəriş verib”.