Türk ordusundan Afrin açıqlaması: Bu qədərini planlaşdırmamışdıq

"Normal şəraitdə 4 günə ələ keçirməyi planlaşdırdığımız bölgələri 2 günə nəzarətə götürə bildik"
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvələrinin birləşmələri Azad Suriya Ordusunun (ASO) əsgərləri ilə birgə Afrin əməliyyatını davam etdirir. Sputnik Türkiyə xəbər verir ki, hərəkatın 3-cü günündə birləşmiş ordu Afrin rayonunun 7,5 km dərinliyinə qədər irəliləyə bilib.

Əməliyyatda 6400 nəfər türk əsgərinin və yüzlərlə suriyalı döyüşçünün iştirak etdiyi bildirilir. "Normal şəraitdə 4 günə ələ keçirməyi planlaşdırdığımız bölgələri 2 günə nəzarətə götürə bildik" — Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatla bağlı Fransa BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb. Bu gün Bakı vaxtilə saat 19-da BMT TŞ-də Afrin əməliyyatı müzakirə olunacaq.