BAKI, 22 yanvar — Sputnik. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib.
Sputnik Azərbaycan bu barədə AŞPA-nın saytına istinadən xəbər verir.
AŞPA-nın 18 vitse-prezidentinin seçimi bu gün Strasburqda AŞPA-nın qış sessiyası çərçivəsində keçirilib.