RUSİYA

Qonşu ölkədə zəlzələ baş verdi

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Rusiyanın Tomsk vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 07:26-da qeydə alınıb. Zəlzələnin episentri Kolpaşevo şəhərindən 280 km aralıda yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.