Türkiyənin heç bir itkisi olmayıb!

Nazir ana müxalifət liderinə türk ordusunun davam etdirdiyi Afrin əməliyyatı barədə geniş məlumat verib
Sputnik

BAKI, 22 yanvar — Sputnik. “Dörd gündür ki, hərbi əməliyyata başlamışıq. Şükürlər olsun, hələ itkimiz olmayıb”.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə görüşündə deyib. Görüş 1 saata yaxın davam edib. Nazir ana müxalifət liderinə türk ordusunun davam etdirdiyi Afrin əməliyyatı barədə geniş məlumat verib.

“Bu anadək heç bir itkimiz yoxdur. Ancaq Kilisdə dislokasiya olunan hərbçilərimizə açılan atəş zamanı bir əsgərimiz yüngül yaralanıb. Afrində yaşayan kürd, ərəb və türkmən qardaşlarımızı PKK, İŞİD terror qruplaşmalarının təzyiq və işgəncələrindən xilas etmək istəyirik” – Yıldırım vurğulayıb.

Öz növbəsində müxalif lider Kılıçdaroğlu deyib ki, baş nazir Afrindəki hadisələrlə bağlı ona məlumat verib. “Türkiyənin sərhəd təhlükəsizliyi çox önəmlidir” – Kılıçdaroğlu qeyd edib.