Əfqanıstanda otelə hücum nəticəsində ölənlərin sayı artır

Əfqanıstanın paytaxı Kabildə silahlıların hücumu zamanı ölənlərin və yaralananların sayı 35 nəfərə çatıb
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”-ə hücum zamanı ölən və yaralananların sayı 35 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli "1TV" telekanalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil. Bildirilir ki, hücum edənlərdən biri zərərsizləşdirilib. Otelin ikinci mərtəbəsi alova bürünüb.

Daha əvvəl bildirilirdi ki, silahlılar bir neçə nəfəri girov götürüb. Müxtəlif məlumatlara görə, hücum edənlər 3 və ya 4 nəfər olub. 

Ölkənin Daxili İşlər Nazirliyi hücum faktını təsdiqləyib. Polis binanın ərazisini əhatəyə alıb. Təhlükəsizlik orqanlarının əməkdaşları silahlılarla atışmaya başlayıb.