BAKI, 21 yanvar — Sputnik. Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.
Sputnik Azərbaycan-ın Müdafiə Nazirliynin saytına istinadən verdiyi məlumata görə, faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!