BAKI, 21 yanvar — Sputnik. Bakının bir sıra ərazilərində içməli su olmayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı öz facebook səhifəsində məlumat verib.
"Magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb" — deyə Cəbrayıllı bildirib.
O, qeyd edib ki, fasilə 22.01.2018-ci il, günün birinci yarısına qədər davam edəcək.