TƏHLİL

İsmayıloğlu: “Ana dilini bilmək Azərbaycan vətəndaşının borcudur”

Dilçi-alim, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu deyir ki, dövlət dilini bilmədən ölkədə hər hansı bir fəaliyyətlə məşğul olmağı anormal hal hesab edirəm
Sputnik

Cahid İsmayıloğlu: “Ana dilini bilmək Azərbaycan vətəndaşının borcudur”
“Hər bir Azərbaycan vətəndaşı bu dildə danışmağı, yazmağı mükəmməl şəkildə bilməlidir”. Bunu  Sputnik Azərbaycan-a açıqlamasında dilçi-alim, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu deyib. 

“Dövlət dilini bilmədən ölkədə vətəndaşın hər hansı bir fəaliyyətlə məşğul olmasını bir az anormal hal hesab edirəm. Azərbaycanda bütün proseslər dövlət dilində həyata keçirilir. Ana dilini bilmək, danışmaq Azərbaycan vətəndaşının həm mənəvi, həm də hüquqi borcudur” — deyə o bildirib.